Ölkə

Göyçayda sel: Kəndlə əlaqə kəsildi

Ötən gün Göyçaya gələn sel rayonun beş kəndində o cümlədən Qaraməryəm, Aşağı Qaraməryəm, Qarayazı, Qarabqqal və Bığır kəndlərində bir sıra fəsadlara yol açıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az-ın Report-a istinadən məlumatına görə, hazırda Aşağı Qaraməryəm kəndində körpünün uçması nəticəsində kəndlə rayon arasında əlaqə tam kəsilib.

Göyçay rayon icra hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev bildirib ki, İsmayıllı rayonuna yağan güclü leysan nəticəsində Göyçaya sel gəlib. Təbii hadisə beş kəndi əhatə edib. Sel rayonun Aşağı Qaraməryəm kəndində beş körpünü dağıdıb.

Sel nəticəsində ən çox ziyan çəkən rayonun Qarayazı, Qaraməryəm, Aşağı Qaraməryəm, Qarabaqqal və Bığır kəndləridir. Hazırda selin rayona vurduğu ziyanın həcmi hesablanır.

Qeyd edək ki, sel nəticəsində rayonda xeyli sayda obyektlərə, evlərə, şəxsi təsərrüfatlara da ziyan dəyib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button