Ölkə

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda SON VƏZİYYƏT

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sel suları səbəbindən çökən hissəsində işlər yekunlaşıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Göyçayın Qaraməryəm kəndi ərazisinə cəlb edilən texnika və canlı qüvvənin köməyi ilə yolun hərəkət hissəsinə tökülən lil qatı asfaltdan təmizlənib. Çökərək yararsız hala düşən asfalt qatı yenilənib.

Bununla da Göyçayın kəndləri ilə rayon mərkəzinin əlaqəsi tam bərpa olunub. Hər iki istiqamətdə sürücülərin sərbəst hərəkəti təmin edilib.

Xatırladaq ki, ötən gün yağan güclü yağışlardan sonra dağlardan gələn sel suları Göyçay rayonunda bir sıra fəsadlar törədib.

Əsas çətinlik Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, Göyçayın Qaraməryəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sel suları səbəbindən, bir neçə avtomobil lil qatı altında qalıb. Hazırda dəymiş ziyanın miqdarı rayon fövqəladə hallar komissiyası tərəfindən müəyyənləşdirilir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button