Uncategorized
Müdafiə Nazirliyi: Ermənistan tərəfin yaydığı məlumat tamamilə yalandır
Avqustun 27-si saat 19:20-dən 19:30-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.
Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib.
“Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik” – məlumatda deyilir.
Milli.Az