Uncategorized

Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, 28 avqust saat 09:00-a olan məlumata əsasən I-V ixtisas qrupları üzrə 67625 abituriyent ərizəsini təsdiq edib.

1180 abituriyent elektron ərizəsini yadda saxlasa da, hələlik təsdiq etməyib.

İxtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

İxtisasları seçib təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə (subbakalavrlara) tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.

Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button