Ölkə
Hava kəskin dəyişdi – Qar yağdı
İsveçrədə qızmar istilərin yaşandığı avqust ayının son həftəsi sərin hava və yağıntılarla başlayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, 1638 metr yüksəklikdəki Zermatt bölgəsində qar yağıb.
Avqustun 24-də 31,2 dərəcə istiliyin müşahidə olunduğu bölgədə bu gün səhər saatlarında temperaturun 0,5 dərəcəyə düşdüyü deyilir.
Ölkənin cənubunda yerləşən Ticino kantonunda həftəsonundan başlayan güclü yağışlar sürüşmə riski yaradıb. Bölgədə bəzi çaylarda daşqın riskinin olduğu barədə də xəbərdarlıq edilib.
Milli.Az