Ölkə

Fulya Öztürkdən “Xəzər TV”də çalışacağı ilə bağlı açıqlama

Türkiyəli tanınmış jurnalist Fulya Öztürkün “Xəzər TV”də çalışacağı ilə bağlı məlumatlar yayılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bizim.media-ya danışan Fulya Öztürk məlumatı təsdiqləyib. O, bu günlərdə telekanalın rəhbəri Murad Dadaşovla görüşdüyünü və önəmli layihə üzərində çalışdıqlarını dilə gətirib:

“Xəzər TV”də çalışmaq üçün təklif aldım və bunu müsbət dəyərləndirirəm. Çox fərqli və ortaq bir şey düşünürük. Xeyirlisi deyək. Qərarımız qətiləşərsə, sentyabrın 4-də Azərbaycana gəlib qayıdacağam”.

Fulya Öztürk təməlli Azərbaycana köçməsi məsələsinə isə belə münasibət bildirib:

“Xəzər TV” ilə əməkdaşlıq çərçivəsində çalışacağıq. Təməlli köç olmaz”, – deyə jurnalist əlavə edib.

Qeyd edək ki, Fulya Öztürk bir həftə əvvəl də sözügedən məsələ ilə bağlı Bakıda olub.

Milli.Az 

 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button