Siyasət

Qarabağdakı ermənilər Bakının yardımından imtina edirlər – Şou davam edir

Qarabağdakı erməni separatçılar sakinləri Azərbaycanın humanitar yardımından imtina etməyə çağırır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılmış kadrlarda Xankəndi sakini bir qadın bu gün “türkün verdiyi unu yeməkdənsə aclıqdan ölərəm” sözləri ilə Azərbaycan Qızıl Aypara cəmiyyətinin göndərdiyi 40 ton un məmulatlarıının olduğu humanitar yardım maşınlarının keçidi üçün yolu bağlamağa çağırıb.

Azərbaycan tərəfi növbəti dəfə humanitar yanaşma nümayiş etdirir və Qarabağda yaşayan erməniəsilli vətəndaşlara humanitar yardım göndərir. Separatçılar isə bu kimi bəyanatlarla Azərbaycanın bölgədə sülhü bərqərar etmək cəhdlərini sabotaj etməyə davam edirlər, bundan başqa elə özlərinin qondarma “humanitar faciə” iddialarını ifşa edirlər.

Qarabağda separatçı rejimin qalıqları artıq çoxdandır müxtəlif üsullarla dünya ictimaiyyətini və beynəlxalq təşkilatları inandırmağa çalışırlar ki, Azərbaycan Laçın yolunda sərhəd buraxılış məntəqəsi qurmaqla guya Qarabağın erməni sakinlərini “blokada saxlayır” və onlar üçün “humanitar böhran şəraiti” yaradıb və guya ermənilər “ərzaq çatışmazlığı ilə üzləşirlər”.

Bölgədə guya “gərgin humanitar vəziyyətin” və “blokada”nın mövcud olması ilə bağlı manipulyasiyalara davam edən Ermənistan Qarabağ bölgəsinin erməni sakinlərinin ehtiyaclarını qarşılamaq üçün Laçın yolundan və digər alternativ yollardan istifadə ilə bağlı məsələlərin həlli üzrə əldə edilmiş razılaşmalara riayət etməkdənsə sülh prosesini ləngidir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button