Ölkə

Selə qarşı tədbirlər görülməsə FƏSADLARI AĞIR OLACAQ – AÇIQLAMA

Ölkə ərazisinə yağan güclü yağış bəzi bölgələrdə selə səbəb olub. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, anomal yağışlar davam edərsə, başqa çaylarda da sel gözləniləndir.

Mütəxəssislər bildirir ki, yağışın normadan artıq düşdüyü dövr əsasən yazın axırı, yayın əvvəlidir. Lakin bu dəfə, daha çox meşə yanğınlarından ehtiyat edilən dönəmdə əksinə yağışların çoxluğu gözlənilməz oldu.

Coğrafiya institunun şöbə müdiri Ənvər Əliyevin sözlərinə görə, anomal yağışlar davam edəcəyi təqdirdə digər çaylarda da sel qaçılmaz olacaq.

“Selin təsərrüfata vurduğu ziyan bir, suyun itgiyə getməsi isə başqa problemdir. Bəs görəsən sel suyundan səmərəli istifadə mümkündürmü?”

Ənvər Əliyev bildirib ki, həm belə daşqınların qarşısını almaq, həm də sel sularından səmərəli istifadə üçün düzgün şəbəkə qurulmalıdır. Bunun sayəsində həm az sulu çaylarda, kanallarda suyun səviyyəsini normada saxlamaq, həm də daşqınların qarşısını almaq olar.

Mütəxəssislər bildirib ki, ümumiyyətlə çaylarda və kanallarda suyun normal axını üçün həm təmizlik həm də beton divarlar şərtdir. O ki qaldı daşqınlara, sözügedən su şəbəkəsi qurulmadıqca, bu kimi hallar qaçılmazdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button