Ölkə

Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb

Faktiki və gözlənilən hava açıqlanıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, avqustun 29-na olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1 mm-dək, Gəncədə 6 mm, Daşkəsəndə 5 mm, Gədəbəy, Qobustan, Şahbuz, Göygöl, Göyçay, Naxçıvan, Naftalan, Xaltan, Şahdağ, Tərtər, Yevlax, Kürdəmir, Ağdam, Bərdə, Şamaxı, İsmayıllıda 4 mm-dək olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-32 dərəcə isti, Naxçıvan MR-da 32-36 dərəcə isti, Aran rayonlarında 30-36 dərəcə isti, dağlıq rayonlarda 20-25 dərəcə isti olub.

Avqustun 29-u şimal və qərb rayonlarından başlayaraq 30-u axşamadək əksər rayonlarda hava şəraitinin qeyri-sabit, yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında da avqustun 29-u axşamdan 30-u səhərədək şimal-qərb küləyinin 15-18 m/s, gecəyə doğru arabir 20-23 m/s-dək güclənəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button