İdman

Taekvondoçumuz Beynəlxalq Festivalda qızıl medal qazandı

Taekvondo üzrə ölkəmizi təmsil edən idmançılarımız Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında nailiyyətlər qazanıblar.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az lent.az-a istinadən bildirir ki, 54 kiloqram çəki dərəcəsində çıxış edən taekvondoçumuz Səyyad Dadaşov rəqibi Rusiya təmsilçisi Mikail Tomilovu final görüşündə 2:0 hesabı ilə məğlub edib. Nəticədə idmançımız qızıl medala layiq görülüb.

Digər finalçımız Vaqif Hacıyev (68 kiloqram) İqor İokovlev ilə döyüşdən məğlub ayrılaraq (2:0) gümüş medalla kifayətlənib.

Eltac Qafarov (80 kq) isə iranlı rəqibi Amirsina Baxtiyariyə son anda 2:0 hesabı ilə məğlub olaraq festivalı gümüş medalla başa vurub.

Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. Festivalda 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar. Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə – badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button