Uncategorized

Fransadan “şou”ya dəstək – Makronu nə narahat edir?

Son günlər məktəblərlə bağlı qərarına görə hətta BMT tərəfindən tənqid edilən Fransa Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə davam edir. Əlcəzairdə soyqırımı törədən, müxtəlif tayfaları məhv edən, Fransa Cənubi Qafqazda sülh prosesinə mane olmağa çalışır. Aydın məsələdir ki, Fransa Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasını istəmir. Onların niyyəti Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin re-inteqrasiyasını əngəlləməkdir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Afrikada ciddi problemlərlə üzləşmiş və ağır duruma düşən Fransa başı Ukrayna ilə müharibəyə qarışmış Rusiyanın zəifləməsindən istifadə edərək regionda durumu gərginləşdirmək istəyir. Onlar bu yolda Avropa İttifaqındakı imkanlarını da səfərbər ediblər. Daim ermənipərəst mövqe nümayiş etdirən Fransa yenə də sülhə xələl gətirən davranış nümayiş etdirir. Onlar ermənilərin “blokada şou”suna dəstək verməyə davam edirlər. Əsas dəstək isə Paris meri Ann İdalqodan gəlir: 

“Mən Parisin və digər icmaların rəsmiləri ilə Ermənistandayam. Doqquz ay ərzində 120.000 Artsax ermənisi, o cümlədən 30.000 uşaq təcrid edildi, ac qaldı, hər şeydən məhrum edildi. Bu humanitar fəlakətlə üzləşdiyimiz üçün biz onlara təcili yardım göstəririk. Vaxt tükənir”, – o sosial şəbəkə hesabında yazıb.

Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə, bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoymasına, 20 mindən artıq mülki azərbaycanlını qətl etməsinə, 900 Azərbaycan yaşayış məskənini yer üzərindən silməsinə göz yuman Fransa hökumətini humanitar məsələlər maraqlandırmadığı gün kimi ortadadır. Əlcəzairli azadlıq döyüşçülərinin kəllələrini hərbi qənimət kimi Parisdə muzeydə saxlayan, özündən min kilometrlərlə uzaqlıqda yerləşən əraziləri hələ də müstəmləkə işğalında saxlayan Fransadan humanistlik gözləmək də sadəlövhlük olar.

Azərbaycanın bu məsələyə yanaşması qətidir: regionda sülh və təhlükəsizlik təmin olunmalıdır. Ötən gün cənab prezidentin Makron ilə danışığında da Azərbaycanın mövqeyi tam ifadə olunub, Fransa prezidentinin qaldırdığı məsələlər yetərincə cavablandırılıb.

Xatrıladaq ki, dünən Fransa Prezidenti Emmanuel Makron İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında regiondakı vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsi müzakirə olunub. Dövlətimizin başçısı bildirib ki, Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradılır və bundan siyasi manipulyasiya məqsədilə istifadə edilir. Eyni zamanda, Prezident İlham Əliyev ötən gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırılması üçün avtomobil karvanının yola düşdüyünü qeyd edib.

Bəxtiyar Umarlı
Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button