Uncategorized

Erməni əsgərlər acından ölür – “Bizə həftədə yarım sosiska verirlər”

Bizə həftədə yarım sosiska verirlər

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki,  bunu “Hraparak”a reportajda adının açıqlanmasını istəməyən erməni hərbçi söyləyib. O bildirib ki, ərzaq problemi yaşayırlar.

“Hər yerdə ərzaq problemi var. Bizə həftə ərzində yeməyə yarım kiloqramdan da az sosiska verirlər. Hələ üstəlik deyirlər ki, bunu 11 nəfər arasında bölün. Acından ölürük. Sizin dolanın görüm yarım sosiska ilə necə dolanırsınız” deyə o söyləyib.

“Konservləşdirilmiş yeməklərdə də vəziyyət eynidir. Yeməyimiz ətsiz konserva və çürümüş sıyıqdan ibarətdir” , – söyləyən zabit müraciətlərə də baxan olmadığını bildirib.

“Adamı yandıran odur ki, müraciətlərə də baxan yoxdur” deyə zabit əlavə edib.


Həmçinin, qəzet əməkdaşları bu vəziyyətlə bağlı Ermənistan Müdafiə Nazirliyinə müraciət etsələr də, onların sorğusuna məhəl qoyan olmayıb.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button