Ölkə

Abituriyentlər niyə təhsil üçün xarici ölkələrə üz tuturlar?

Ölkənin 51 ali təhsil müəssisəsində 187 min tələbə 300-ə yaxın ixtisas üzrə təhsil alır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Azərbaycandan kənarda isə 40 minə yaxın tələbə müxtəlif ixtisaslar üzrə oxuyur.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Təhsil eksperti Kamran Əsədov bildirib ki, bu gün abituriyentlərin bir çoxu təhsil haqları yüksək olduğuna görə xarici ölkələrə üz tutur.

Xaricdə Təhsil Mərkəzlərindən birinin direktoru Ramal Şəmşədli isə deyir ki, qardaş ölkə Türkiyədə ən çox müraciət olunan ixtisaslar iqtisadiyyat və mühəndislikdir. Təhsil haqları isə 800-1500 manat arasında dəyişir.

Azərbaycan Tibb  Universitetindən bildirilib ki, hazırda Tibb ixtisasının illik ödənişi 4500, Stomatologiya isə 4000 manatdır.

Azərbaycan  Dövlət Neft və Sənaye Universitetində Komputer elmləri ixtisası 2000-2200 manat təyin olunduğu bildirildi.

Bakı Dövlət Universitetində komputer elmləri 2000, jurnalistika 2400, hüquqşünaslıq isə 4500 manatdır. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil haqqları 1200-2600 manat, Xəzər Universitetində isə 4-5 min arasında dəyişir.

Təhsil Ekspert Kamran Əsədov deyir ki, hazırda ölkəmizdə 110 min tələbə ödənişli əsaslarla təhsil alır. Lakin ali təhsil müəsisələri ödənilən yüksək təhsil haqqının müqabilində belə ixtisaslı kadr hazırlaya bilmirlər.

Bəs maraqlıdır, təsdiq edilən təhsil haqları hansı meyarlara əsasən qəbul olunur?

Elm və Təhsil Nazirliyindən bildirildi ki, bu məsələ Nazirlər Kabinetinin səlahiyyətindədir. Nazirlər Kabineti isə bu məsələnin Elm və Təhsil Nazirliyinin səlahiyyətində olduğunu bildirdi.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button