Siyasət

ABŞ Azərbaycana 81 minaaxtaran it verib

ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı “Marshall Legacy Institute” (MLI) daha 5 minaaxtaran iti Azərbaycana göndərib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi özünün “X” sosial şəbəkə hesabında yazıb.

“Bu yeni çatdırılma xüsusi əhəmiyyət kəsb edir, çünki o, MLI-nin minalardan zərərçəkmiş ölkələrə bağışladığı 300-cü itdir, onlardan 81-i Azərbaycana göndərilib.

Burada kritik işlərinə başlayacaq olan Boka, Byanka, Fleks, Leks, Stela və II Taycer Praydı salamlayırıq!” – deyə paylaşımda bildirilib.

Qeyd edək ki, daha öncə də ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı “Marshall Legacy Institute” (MLI) 5 minaaxtaran iti Azərbaycana göndərib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button