Siyasət

Azərbaycan-Malayziya əlaqələrini möhkəmləndirmək üçün birgə səylər göstərəcəyik

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 31-də Malayziyanın XVI Ali Başçısı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda dövlətimizin başçısı Malayziyanın XVI Ali Başçısına və bütün Malayziya xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini çatdırıb.

“Bu il biz Azərbaycan-Malayziya əlaqələrinin tarixində əlamətdar ildönümünü – ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Əminəm ki, Azərbaycan ilə Malayziya arasında dostluq əlaqələrini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı maraq doğuran əməkdaşlığımızı genişləndirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”, – deyən Azərbaycan Prezidenti Malayziyanın Başçısına ən xoş arzularını çatdırıb, dost Malayziya xalqına isə daimi rifah və firavanlıq arzulayıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button