Siyasət

Qırğızıstanla dostluq əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Diplomatik münasibətlərimizin qurulmasından ötən otuz ildə qardaş xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Qırğızıstan dostluq əlaqələri möhkəmlənib, qarşılıqlı maraq doğuran əməkdaşlığımız davamlı şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Prezident İlham Əliyevin Qırğız Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Sadır Japarova ünvanladığı məktubda yer alıb.

Qırğızıstanın Prezidentini və xalqını öz adından və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edib, ən xoş arzularını çatdıran Prezident İlham Əliyevin məktubunda deyilir: “Keçən il qardaş Qırğızıstana dövlət səfərim zamanı Sizin rəhbərliyiniz altında aparılan genişmiqyaslı islahatların və quruculuq işlərinin ölkənizin hərtərəfli inkişafına və rifahına xidmət etdiyini görməkdən məmnun oldum. Əminəm ki, ortaq köklərə, qardaşlığa, qarşılıqlı inam və etimada əsaslanan dövlətlərarası münasibətlərimizin genişləndirilməsi, yüksələn xətlə inkişaf edən strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”.

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarına möhkəm cansağlığı, işlərində müvəffəqiyyətlər, qardaş Qırğız Respublikasına əmin-amanlıq və firavanlıq arzulayıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button