Siyasət

Qondarma kriminal rejim buna imkan vermir

Ermənistan və onların Azərbaycan Qarabağ bölgəsində yaratdığı qondarma kriminal rejim tərəfindən Ağdam-Xankəndi yolunun açılmasına imkan verilmir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

“Azərbaycan tərəfindən dəfələrlə bəyan edilib ki, Ağdam-Xankəndi yolu faəliyyətdədir və bu yol vasitəsilə istənilən yüklərin çox qısa müddətdə Xankəndi və ətraf ərazilərə çatdırılması təmin oluna bilər. Bu yoldan imtina edilməsini rasisizm və diskriminsiya kimi qiymətləndirə bilərik”, – deyə o əlavə edib.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Yük avtomobilləri Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir. Ərzaq dolu yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, hərbi attaşelər və xarici jurnalistlər avqustun 31-də Qarabağda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən təşkil olunan ərzaqdan ibarət yüklərin yerləşdiyi məntəqəyə gəliblər.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button