“Təbiətimizin sovqatı” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açıldı
Xətai Sənət Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və gənc nəsildə ekoloji təfəkkürün inkişafı və ekoloji maarifləndirməyə xidmət məqsədi ilə elan olunmuş “Təbiətimizin sovqatı” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi Xətai Sənət Mərkəzində açıldı.
Tədbiri giriş sözü ilə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov açaraq, tədbir iştirakşılarını ,vaideinləri və qonaqları salamladı.
Söz alan Xətai İcra Hakimiyyəti Humanitar məsələlər üzrə şöbə müdiri Pənah Hüseynov, Xətai Uşaq Yaradıcılıq studiyasının müəllimi Gündüz Həbibov, Rəssam Rəvan Sadidov və “Zeytun bağları” brendinin nümayəndələri Turan Abbasov və Aynur Şıxəliyeva öz yrək sözlərini bölüşdülər.
Əsəri sərgilənən müəlliflərə sertfikatlarla bərabər hədiyyələr təqdim olundu.
Həmçinin ,sərgidən seçilmiş 30 ən yaxşı əsərin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırıldı.
Nəzərinizə çatdıraq ki,mövzusu “NECƏ BİR TƏBİƏTİ QORUMA NİŞANI ASARDIM !” olan müsabiqəyə respublikamızın müxtəlif guşələrindən yaşı 10-17 arası olan 700-ə yaxın yeniyetmə və gənc 800-dən bir qədər çox əsər göndərmişdir və bu əsərlər arasından seçilən 150 bir qədər çox əsər sərgiləndi.
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az
Milli.Az