Siyasət

Prezidentin yeni təyin etdiyi rektor kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəmcamı ilə Zəfər Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Qeyd edək ki, ötən ilin sentyabrın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilmişdi. İndiyədək bu vəzifəyə heç bir təyinat olmamışdı. Rektorun vəzifələrini Zəfər Qurbanov icra edirdi.

Milli.Az modern.az-a istinadən Zəfər Qurbanov haqqında məlumatları təqdim edir:

Zəfər Qurbanov 1979-cu ildə anadan olub. 2016-cı ildə Bakı Ali Neft Məktəbinin Mühəndislik fakültəsinin dekanı təyin olunub. Daha əvvəl isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində işləyib.

Rektor səlahiyyətlərini icra etməzdən əvvəl Zəfər Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetinin ümumi işlər üzrə prorektoru olub. 

Texnika elmləri üzrə fəlsəfə doktoru, dosentdir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button