Ölkə

Sükanı sağdan sola keçirilən avtomobillərdə təhlükə üzə çıxdı

Ekspertlər və avtomobil ustaları sükanı sağdan sola keçirilən nəqliyyat vasitələrini almamağı tövsiyyə edir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bəzi ölkələrdə həm sağ, həm sol sükanı olan avtomobillər istifadə olunur, bəzilərində isə yalnız sağ və ya yalnız sol sükana icazə var. Xüsusən də, İngiltərə və Yaponiya kimi ölkələrdə avtomobillərin böyük əksəriyyətinin sükanı sağ tərəfdədir.

Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyir ki,

bizim ölkədə  1998-ci ildə “Yol hərəkəti” haqqında qanun qəbul olunanda, qayda belə qoyulub ki, sükanı sağda olan avtomobillər ölkəyə gətirilməsin.

“Amma bu gün Azərbaycana gətrilən avtomobillər arasında sükanı sağdan sola keçirilən kifayət qədər nəqliyyat vasitəsi var.”

Ekspert deyir ki, həmin avtomobillərin sükanı Gürcüstanda yerdəyişmə etdikdən sonra ölkəyə keçirilərək rahat şəkildə istisimara verilir.

“Bəs bunun təhlükəsi varmı?”

Usta Dəniz Ağabəyli hesab edir ki, həmin avtomobilləri xaricdə ucuz aldıqları üçün bəzi işbazlar onu Azərbaycana gətirib baha satmaq məqsədi ilə sükanın yerini dəyişirlər.

“Bəs bu necə həyata keçirilir? Sükanın yerini dəyişərkən detallar dəqiqliklə sağdan sola köçürülürmü?”

Usta deyir ki, naqillərdə bir-birinə bağlanarkən izoliasiyası yaxşı olmadığından sükanı sağdan sola keçən avtomobillərdə tez-tez qısa qapanma hallarına da rast gəlinir.

Ekspertlər tövsiyyə edirlər ki, avtomobil alarkən mütləq onu diaqnostika etdirmək lazımdır. Əks halda həm aldana, həm də külli miqdarda ziyana düşə bilərisiniz.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button