Ölkə

Hansı rayonlarda leysan olacaq? – XƏBƏRDARLIQ

Sentyabrın 2-si gündüz şimal və qərb rayonlarından başlayaraq ayın 4-ü səhərədək bəzi yerlərdə leysan yağacağı, şimşək çaxacağı gözlənilir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

Onun sözlərinə görə, ayrı-ayrı yerlərdə, xüsusən də Balakən, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar, bəzi mərkəzi Aran rayonlarında, həmçinin, Qazax, Gəncə, Qarabağ, Şərqi Zəngəzur ərazilərində intensiv və güclü olacağı gözlənilir.

Bölgələrdə şərq küləyi əsəcək. Ayrı-ayrı yerlərə küləyin sürəti 20-25 m/san-dək güclənəcək.

İntensiv leysan səbəbindən Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin ərazisindən axan Göyçay, Girdimançay, Quba-Qusar bölgəsində Vəlvələçay və digər bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button