İdman

“Barselona”nın gənc ulduzu “Brayton”a keçir

“Barselona”nın futbolçusu Ansu Fati karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. O bildirib ki, “Barsa” gənc oyunçusunu “Brayton”a icarəyə verəcək.

Ansu Fati özü də “Brayton”a keçməkdə maraqlıdır. 20 yaşlı vingerin qərarında həlledici amil komandanın çalışdırıcısı Roberto De Zerbidir.

Fati 2022/2023-cü illər mövsümündə “Barselona”nın heyətində bütün turnirlərdə 50 oyuna çıxıb, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button