Ölkə
Rusiyada yıxıldı, Azərbaycanda öldü – Sumqayıtda FİLM KİMİ OLAY
Rusiyada yıxılaraq xəsarət alan kişi Sumqayıtda ölüb.
Milli.Az lent.az-a istinadən bildirir ki, Sumqayıt şəhəri, “Kimyaçılar” qəsəbəsində yaşayan, 1970-ci il təvəllüdlü Ziya Əlipənah oğlu Yusifov birmüddət əvvəl Rusiyada yaşadığı evdə ehtiyatsızlıqdan yıxılıb. Nəticədə o, ağır kəllə-beyin travması alıb. Bir neçə gün əvvəl Azərbaycana qayıdan Z.Yusifov Sumqayıtda ailəsinin yaşadığı evdə ölüb. Onun Rusiyada yıxılaraq aldığı xəsarətdən öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az