Uncategorized

“Çarə arayışı” davam edir – Yeni təyinat nələri dəyişəcək?

Ötən gün Qarabağdakı erməni separatçıların rəhbəri Araik Arutyunyan “istefa” verib. “Qarabağlı ermənilərin taleyi həll olunacaq” kimi ənənəvi çıxışları ilə yadda qalan Araik bu barədə özünün “Facebook” hesabında məlumat verib. O, özü ilə bərabər Qurqen Nersisyanı da istefaya göndərib. Arutyunyan bu yekun qərarı iki gün əvvəl verdiyini qeyd edib. Onu qondarma “Təhlükəsizlik Şurasının katibi” Samvel Şahramanyan əvəzləyəcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Araikin yerinə Vardanyanın gətiriləcəyi düşünülsə də, onun yerinə Şahramanyan təyin olundu. Bu “təyinat”ı müxtəlif səbəblərlə əlaqələndirmək olar. Son günlər Laçın və Ağdam yolları ətrafında yaranan vəziyyət bu “dəyişikliyə” gətirib çıxarıb. Görünür dalana dirənən Araik “istefa”sı ilə məsuliyyəti boynundan atmağa çalışıb. Ona məsuliyyətdən boynun qaçırmaqdan başqa çarə qalmır. Ona edilən təzyiqlərə dözə bilməyən Araik problemlərin həllini tapa bilmədiyi üçün çıxış yolu kimi “istefa”nı seçib.

Onun “istefa”sı gözlənilən idi və bunu hətta erməni politoloqlar da qeyd edir. Qarik Keryan Araikin “istefa”sına münasibət bildirərkən “Arutyunyan çox tənbəl idi” söyləyib.

Samvel Şahramanyanın “təyinat”ı ilə bağlı gözləntilər çox olsa da, qarşısında iki seçim dayanır. Hər iki variantda separatçılar və bölgə erməniləri arasında ixtilafı dərinləşdirəcək. Belə ki, o, Arutyunyanın təxribatçı siyasətini davam etdirə də bilər, Bakı ilə dialoqa razılaşa da…

“Milli təhlükəsizlik xidməti”nin direktoru, Ermənistan Respublikasının hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri olan Samvel Şahramanyan 2018-ci il iyulun 16-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Komissiyanın “sədri” təyin edilib. O, 29 may 2020-ci il tarixdə qondarma sərəncamla “general-mayor” olub.

Şahramanyanın yeni “vəzifə” yə gətirilməsinə səbəb kimi martın 1-də Xocalı görüşündə iştirak etmiş Şahramanyanın timsalında separatçıları erməni əhalisinin “təmsilçisi” olaraq qəbul etdirmək istəyi kimi də düşünmək olar.

Bu “dəyişiklik” separatçıların vəziyyətdən çıxış yolu axtardığını göstərir. Lakin, bu qərar separatçılar içində daxili xaosun qarşısını ala bilməyəcək, vəziyyəti daha da gərginləşdirəcək. Aydın məsələdir ki, bu kimi proseslər danışıqlar prosesini mümkün qədər uzatmağa hesablanıb. Lakin, Qarabağlı ermənilər unutmamalıdırlar ki, onların reinteqrasiyadan başqa çıxış yolu qalmayıb.

Bəxtiyar Umarlı
Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button