Ölkə

Bu sinfin bütün şagirdləri tələbə oldu

Azərbaycanda bir neçə məktəbdə bir sinfin bütün şagirdləri tələbə adını qazanaraq 100 faizlik nəticə göstəriblər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az metbuat.az-a istinadən bildirir ki, Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin 11a sinfinin məzunları yüz faiz nəticə göstərərək, hər biri (19 nəfər) ali məktəbə qəbul olub.

Onlardan Azərbaycan Dillər Universitetinə bir, Bakı Slavyan Universitetinə bir, Bakı Dövlət Universitetinə beş, Xəzər Universitetinə bir, Lənkəran Dövlət Universitetinə beş, Dövlət İqtisad Universitetinə üç, İdarəçilik Akademiyasına bir, Azərbaycan Dövlət Pedaqoji Universitetinə bir, Dövlət Sərhəd Xidmətinin Akademiyasına bir nəfər qəbul olub.

Bundan başqa, Sumqayıt şəhər Təfəkkür liseyinin 11a, 11b sinfinin bütün şagirdləri tələbə adını qazanıb.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button