İqtisadiyyat

Manata təhlükə varmı? – Vüqar Bayramov açıqladı

“Mərkəzi Bank hazırda manatla bağlı hər hansı bir təhlükənin olmadığını bəyan edib. Təbii ki, bəzi ölkələrdə milli valyutanın məzənnələrinin ucuzlaşması bütövlükdə qonşu ölkələrin valyuta bazarına öz təsirini göstərir”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov Bakupost.az-a deyib.

Onun sözlərinə görə, Mərkəzi Bankın yaydığı məlumata görə, praktiki olaraq prosesə nəzarət imkanları qorunub saxlanılır:

“Hazırda Mərkəzi Bank milli valyutamızın məzənnəsi ilə bağlı hər hansı bir risk görmür. Əlbəttə, növbəti dövrlərdə də manatın məzənnəsinin dəyişməsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Amma bunun üçün də ölkəyə daxil olan valyuta həcminin əvvəlki illərdə olduğu kimi mütəmadi olaraq artması olduqca vacibdir”.

Rublun kəskin ucuzlaşmasının Azərbaycana təsirlərinə gəldikdə isə millət vəkili qeyd edib ki, bu ilin ilk yarısında ölkənin 14 milyard 755 milyon dollarlıq ixracatının cəmi 3,5 faizi Rusiyanın payına düşüb.

Deməli, ixrac yolu ilə ölkəyə daxil olan valyutanın strukturunda Rusiyanın payı olduqca azdır. Azərbaycanın 22 milyard 953 milyon dollarlıq ticarət dövriyyəsinin isə cəmi 8,3 faizini Rusiya formalaşdırıb. Bu baxımdan, rublun ucuzlaşmasının Azərbaycana daxil olan valyutanın həcmi xüsusi təsirləri olmasa belə, Rusiyadan ölkəmizə göndərilən remitensinin (bir ölkədən digərinə göndərilən vəsait) həcminə təsirsiz ötüşməyəcək. Rusiyada iqtisadi çətinliklər Azərbaycana göndərilən remitensilərin həcmini azalda bilər.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button