İdman

“Qarabağ”ın qrupdan çıxmaq şansı yüksəkdir”

Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

İdman.biz xəbər verir ki, tədbir Fransanın Monako şəhərində keçirilib.

Mərasimdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibləri müəyyənləşib. Ağdam klubu “Bayer” (Leverkuzen, Almaniya), “Molde” (Norveç) və “Hekken”lə (İsveç) birlikdə H qrupunda yer alıb.

Peşəkar futbol mütəxəssisi, “Professor” ləqəbli Mahmud Qurbanov İdman.biz-ə püşkatmanın nəticələrini şərh edib.

Azərbaycan millisinin sabiq üzvü, Pro kateqoriyalı mütəxəssis bunları deyib: “Bayer” qrupun aşkar favoritidir”, ancaq “Qarabağ” ikinci yer uğrunda mübarizə aparmaq gücündədir, düşünürəm ki, ikinci yeri tutmaq şansı daha çoxdur. Düzdür, Norveç təmsilçisi “Mölde” də çətin rəqibdir, “Hekken” də həmçinin.

Ümumiyyətlə Avropa Liqasının qruplarında zəif komanda yoxdur, amma düşünürəm ki, “Qarabağ” işin öhdəsindən gələ biləcək. Bundan əvvəl hədəf Avropa Liqasının qrupuna düşmək idi, bundan sonra hədəf qrupdan çıxmaq olacaq. Hər şey “Qarabağ”ın öz əlindədir, komanda bir az da toparlansa qrupdan çıxmaq şansı yüksəkdir”.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button