Ölkə

Bakıda turistin itirdiyi 20 min dollar tapıldı

Bakıda çimərliklərdən birində alman turistin itən 20 min dollarını polislər qısa zamanda taparaq sahibinə qaytarıblar.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ölkəmizə turist kimi gələn Almaniya vətəndaşı Mariel Vitting Rolf ötən gün Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən çimərliklərdən birində istirahət edərkən içərisində 20 min ABŞ dolları olan əl çantasını naməlum şəraitdə itirib.

Xanım turist dərhal bu barədə çimərlikdə xidmət aparan Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarına məlumat verib.

Görülən tədbirlər nəticəsində Almaniya vətəndaşı olan turistin çantası pullarla birlikdə tapılaraq, ona qaytarılıb. Mariel Vitting polis əməkdaşlarının operativ reaksiyasına görə onlara təşəkkür edib.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button