İdman

“Bu il hədəf qrupdan çıxmaq olmalıdır”

Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

İdman.biz xəbər verir ki, tədbir Fransanın Monako şəhərində keçirilib.

Mərasimdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibləri müəyyənləşib. Ağdam klubu “Bayer” (Leverkuzen, Almaniya), “Molde” (Norveç) və “Hekken”lə (İsveç) birlikdə H qrupunda yer alıb.

Bununla bağlı İdman.biz-ə qrupla bağlı peşəkar futbol mütəxəssisi Aslan Kərimov danışıb.

Azərbaycan millisinin və “Qarabağ”ın sabiq kapitanı, hazırda AFFA-dakı məşqçi kurslarına rəhbərlik edən Kərimov “Qarabağ”ın qrupdan çıxa biləcəyini deyib:

“Ümumi qrupu dəyərləndirsək ən uyğun qruplardan biri bizim yer aldığımız qrupdur. Birinci səbətdə ən münasib rəqiblər arasında “Bayer”i qeyd edə bilərik. Baxmayaraq ki, Almaniya komandaları daha strukturlu futbol nümayiş etdirirlər, kreativlik baxımından ispan, ingilis komandalarından geri qalırlar. “Qarabağ”ın “Bayer”ə qarşı yaxşı oynamaq şansı var.

Onu da qeyd edim ki, PRO lisenziyasını oxuyanda 1 həftə “Bayer”in bazasında praktikada olmuşam, klubu yaxşı tanıyıram, o zaman “Bayer”ə Rocer Şmitd rəhbərlik edirdi. Hər halda “Qarabağ” alman komandalarını yaxşı tanıyır, ötən il Bakıda “Frayburq”la yaxşı oyun nümayiş etdirməyi bacarmışdılar.

“Liverpul”, “Roma” kimi klublarla müqayisə etməli olsaq təbii ki, bəxtimiz ilk komanda da gətirdi. Üçüncü səbətdən çıxan “Mölde” də asan rəqib deyil, lakin ispan və fransız komandaları ilə müqayisə etsək, üçüncü səbətdən “Tuluza” düşsəydi işimiz daha çətin olardı. “Qalatasaray” rahatlıqla “Mölde”ni arxada qoymağı bacardı, həmin oyunları izləmişdim, ona görə “Qarabağ” bu komanda ilə mübarizə aparmaq iqtidarındadır.

Sonuncu komanda “Hekken”, İsveç təmsilçisi kimi ən münasib komandalardan biridir. Misal üçün Kipr təmsilçisi rəqib olsaydı daha çox çətin olardı, nəinki indi. Baxmayaraq ki, İsveç kimi ölkələrin oyun intizamı daha sistemli olur, daha çox strukturlu oyuna üstünlük verirlər, buna görə də “Qarabağ”ın üstünlüyü var. Birə-bir epizodlarda Ağdam təmsilçisinin futbolçuları özünəinamlı oyun sərgiləyirlər. Eyni zamanda “Qarabağ” belə komandalara qarşı görüşlərdə taktikaya uyğun olaraq daha çox qol vurma şansları əldə edə biləcəklər.

Düşünürəm ki, bu komandaların heç biri özünə qapanmayacaq, minimum hədəflər uğrunda mübarizə aparmaq fikrində deyillər və açıq oyun nümayiş etdirdikləri halda “Qarabağ” bundan istifadə edə biləcək. Yenə deyirəm, “Qarabağ”a düşəcək ən yaxşı rəqiblərdir.

Bu il hədəf qrupdan çıxmaq olmalıdır, artıq inanıram ki, ən azı Konfrans Liqasında yolumuza davam edəcəyik, (qrupdan üçüncü komanda kimi çıxmaqla) bu qrupun ən zəif komandası “Hekken”dir, ona görə də sonuncu yerdə bizim komanda olmayacaq. İkinci yer uğrunda mübarizə aparmaq ən uyğun variantdır, lakin hazırlıq dönəmi, komandaların transferləri öz sözünü deyəcək”.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button