Uncategorized
40 ton un yüklü karvan 5 gündür Ağdam-Xankəndi yolunda gözləyir – FOTO
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 5-ci gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolundadır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, içərisində 40 ton un olan iki TIR avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.
Qeyd edək ki, AzQAC əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir.
Milli.Az