İdman

“Qarabağ” bu göstəriciyə görə Avropa Liqasında ikincidir

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, “Qarabağ”ın Bakıda Sloveniya “Olimpiya”sı ilə heç-heçə (1:1) etdiyi qarşılaşma bu göstəricidə ikincidir.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda 27 354 tərəfdar olub.

Ən çox tamaşaçı isə “Ayaks” (Niderland) – “Ludoqorets” (Bolqarıstan) görüşündə qeydə alınıb. Amsterdamda gerçəkləşən dueldə 50 900 nəfər tribunada əyləşib.

Qeyd edək ki, səfərdə “Olimpiya”nı iki cavabsız qolla üstələyən “Qarabağ” UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb. Komanda H qrupunda Almaniyanın “Bayer 04”, Norveçin “Molde” və İsveçin “Hakken” klubları ilə mübarizə aparacaq.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button