Siyasət

Ermənilər vurnuxur – Cılız “cəhd”lər sonu yaxınlaşdırır

Ermənilər çulunu sudan çıxarmaq üçün ənənələrinə sadiq qalaraq hər cür yola əl atırlar. Nüfuzlu xarici mediada sifarişli yazıların yazılması, “böhran”, “blokada” şousu və atəşkəsin pozulması bunlardan ən üzdə olanıdır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Məğlubiyyətlə barışmayan ölkə 44 günlük müharibədə verdiyi itkilərdən deyəsən hələ də dərs çıxarmayıb. Ən sadə vətəndaşından (idman yarışında yeniyetmə karateçi tərəfindən təmsilçimizə qarşı edilən qeyri-etik hərəkət) siyasi liderinə kimi Azərbaycana qarşı nifrət qusan ölkə gec-tez məğlubiyyəti həzm etməlidir. Washington Post kimi adllı-sanlı mətbuat orqanında Azərbaycana qarşı ardıcıl, təxribat xarakterli yazıların dərc olunması, mövqelərimizin kor-koranə atəşə tutulması və başqa bu kimi hallar Ermənistanı uçurumdan xilas edə bilmək üçün çox cılız manevrlərdir.

“Acından ölürük” deyə ağlaşma qurub dünyanın diqqətini özünə çəkərək mədət umanlar Azərbaycan Qılızaypara Cəmiyyətinin göndərdiyi yardımı artıq neçə gündür ki, qəbul etmirlər. Bu da onların niyyətinin fərqli olduğunun daha bir sübutudur. Göndərdiyimiz un məhsullarını qəbul etməməklə aşkar surətdə acından ölmədiklərini bəyan edirlər, beləcə həm də beynəlxalq münasibətlərin tələblərinə zidd davranırlar.

“Mağazalrımıza ərzaq tapılmır, təcili yardım maşınlarımız benzinsiz qalıb” deyə bar-bar bağıran qondarma rejim, bir yandan da vur-çatlasın, çal-oynasın təmtəraqlı şənliklər təşkil edir. Separatçı rejimin sakinlərinin dəbədli həyatını əks etdirən bir-birindən lüks paylaşımları sosial şəbəkələri çənginə alıb.

Çevir tatı. Vur tatı….

Qondarma rejimdəki “istefa” da bir yandan ölkədə qeyri-müəyyənlik yaradıb. “İstefa”sını “Facebook” paylaşımı ilə elan edən qondarma rejimin rəhbəri özündən sonra Samvel Şahramanyanı “layiqli” davamçı kimi görüb. Mahiyyət isə dəyişmir. Qondarma rejmdəki separatçılar əsasən, Moskvadan idarə olunur.

Atəşkəsin dəfələrlə pozulması və hər dəfəsində Azərbaycan tərəfindən layiqli cavabın alınması görünür erməniləri “çabalama” mövqeyindən usandırmır.

Lakin, Qondarma rejmin rəhəbrliyindəki dəyişiklik də işə yaramayacaq.

Separatçıların bir-biri ilə əvəzlənməsi açıq-aşkar danışıqlar prosesindən yayınmağa hesablanmış bir addımdır. Əvvəl axır belə cılız şoular və uzatmalar tükənəcək. Qarabağlı ermənilərin reinteqrasiyadan başqa çıxış yolu qalmayıb.

Ülkər Vəliyeva

Milli.Az


 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button