Uncategorized

“Türk çörəyi”nə “naz”ın pərdəarxası – Dərdləri aclıq deyil…

Qarabağdakı separatçı ermənilər artıq 5 gündür ki, Azərbaycanın göndərdiyi 40 tona yaxın ərzaq yükünə “naz edir”. Belə ki, dünyaya “blokada”da olduğunu car çəkən, nüfuzlu nəşrlərdə bu barədə yazılar çıxmasına nail olan, bir sıra tanınmışları öz yalanlarının yayılmasına cəlb edən separatçılar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yükünün Xankəndinə çatdırılmasını müxtəlif üsullarla əngəlləyirlər. Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı, içərisində 40 ton un olan iki TIR avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. AzQAC əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Azərbaycan bu bölgəyə humanitar yük göndərməklə bütün dünyaya “humanitar böhran” içində olduqlarına bəyan etməyə çalışan ermənilərin heç də acınacaqlı vəziyyətdə olmadığını, vəziyyətdən sui-istifadə edildiyini ifşa edib. Bu XİN-in bəyanatında da qeyd olunub. Bildirilib ki, Erməni sakinlərin bəzi nümayəndələrinin Azərbaycan ərazilərində yerləşən Rusiya sülhməramlı kontingenti vasitəsilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Ağdam-Xankəndi istiqamətinə göndərilmiş və hazırda Xankəndinə keçidi gözləyən yük maşınlarına mane olmaq istiqamətində səyləri və yolu bağlaması şəraitində bölgədə “gərgin humanitar vəziyyət” mövcudluğu iddialarını əsassız edir.

Aydın məsələdir ki, onların dərdi “aclıq”, “böhran” deyil. Aclıq olsaydı, bu yardımı qəbul edərdilər. Amma, onlar ərzaq yükünün Xankəndinə çatdırılmasını əngəlləmək üçün Əsgəran yaxınlığında etiraz aksiyası da keçiriblər. Separatçıların bu davranışı nə beynəlxalq hüquqa, nə beynəlxalq münasibətlərin tələblərinə uyğun gəlir. Onlar müxtəlif bəhanələrlə danışıqlar prosesini uzatmağa çalışırlar. Bu bəhanələrə yol göstərənin hansı ölkə və ya ölkələr olmasını təxmin etmək isə çətin məsələ deyil.

Son günlər Laçın və Ağdam yolları ətrafında yaranan vəziyyət qondarma rejimdə “dəyişikliyə” səbəb olub. Dalana dirənən Araik təzyiqlərə dözə bilməyərək “istefa”sı ilə məsuliyyəti boynundan atmağa çalışıb. “İstefa” və onun yerinə Samvel Şahramanyanın təyin etməsi isə ümumi vəziyyəti daha da gərginləşdirir. Görünür separatçılar vəziyyətdən çıxış yolu arayırlar. Onlar anlamırlar ki, reinteqrasiyadan başqa çarələri qalmayıb.

Ermənistan ötən gün yenə atəşkəsi pozub. Onlar mövqelərimizi ağır artilleriyadan istifadə etməklə atəşə tutublar. Müdafiə Nazirliyinin səhər saatlarında yaydığı məlumatda qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı növbəti dəfə radiomaneələr tətbiq edilməsi bildirilib. Ermənistan tərəfi vəziyyəti qəsdən gərginləşdirərək məsuliyyəti Azərbaycanın üzərinə yıxmağa çalışır. Ərazisində Aİ missiyasının olmasından istifadə edən Ermənistan beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq niyyətindədir.

Bəxtiyar Umarlı
Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button