Ölkə

Məşhur model plastik cərrahiyyə əməliyyatından sonra öldü

Argentinalı model və aktrisa Silvina Luna 43 yaşında uğursuz plastik əməliyyatın yaratdığı fəsadlardan dünyasını dəyişib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə TN telekanalı məlumat yayıb.

Luna, uğursuz plastik cərrahiyyə əməliyyatı nəticəsində pisləşən səhhətinə görə xəstəxanada təxminən üç ay qalıb. 

Avqustun ortalarında səhhətində qısamüddətlik yaxşılaşmadan sonra model yenidən reanimasiya şöbəsinə köçürülüb. 

Telekanalın məlumatına görə, həkimlər modeli xilas etməyin mümkün olmadığını təsdiqlədikdən sonra yaxınları onu oksiken aparatından ayırmağa məcbur olub.

Aktrisa 2010-cu ildə plastik cərrah Anibal Lotokinin ombasına metakrilat yeritdikdən sonra inkişaf etdirdiyi xroniki böyrək çatışmazlığı yaşayırdı.

2022-ci ildə bir həkim sağlamlığa yüngül xəsarət yetirməkdə ittiham edilərək 4 il müddətinə azadlıqdan məhrum edilib. 

Luna realiti şoularda iştirak etməklə şöhrət qazanıb. Televiziya şoularında oynayıb, aparıcı və model kimi çalışırdı.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button