Ölkə

Sərdar Ortaç azərbaycanlı rəqqasə ilə evlənəcəyini açıqladı

Bir müddət əvvəl son konsert turuna çıxdığını və karyerasını bitirəcəyini bildirən türkiyəli müğənni Sərdar Ortaç növbəti açıqlaması ilə diqqət çəkib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı növbəti dəfə evlənəcəyini vurğulayın. Bu barədə o, sosial media hesabında deyib. 

“İnci, eşqim bu mahnı sənin üçündür. Onunla evlənəcəyəm. Bərabər yaşlanıb öləcəyiq. Eşqim mənim” deyə, o, söyləyib.

Sərdar izləyiclərin “İnci kimdir?” sualını isə “Qırmızı saçlı rəqqasəm” deyə, cavablayıb.

Türk mediasında yer alan məlumatlara görə, söhbət İnci Həbibova Altaydan gedir. 35 yaşlı rəqqasənin Azərbaycan əsilli olduğu bildirilib. İnci 1988-ci ildə Bakıda dünyaya gəlib. Rəqs üzrə dərslərini Bakıda alan İnci Türkiyəyə getdikdən sonra Mustafa Sandal, Sərdar Ortaç kimi sənətçilərin rəqs qruplarında yer alıb. O, bir müddət “Show TV”də yayımlanan “Dance with me” yarışında münsiflərdən biri olub.

Qeyd edək ki, ifaçı keçmiş həyat yoldaşı, model Xloe Luqnanla qalmaqallı şəkildə boşandıqdan sonra evlənməyəcəyini demişdi.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button