İdman

“Neftçi” ardıcıl ikinci qələbə ilə 3-cü pilləyə yüksəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, günün ikinci matçında “Neftçi” Sumqayıtda eyniadlı komandanın qonağı olub.

“Kapital Bank Arena”dakı görüş “ağ-qaralar”ın minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 74-cü dəqiqədə Bakı klubunun yeni transferi Dieqo Valdes vurub.

Ardıcıl ikinci qələbəsini qazanan “Neftçi” xallarını 8-ə çatdıraraq üçüncü pilləyə yüksəlib. 7 xalı olan “Sumqayıt” isə dördüncü sıraya geriləyib.

Qeyd edək ki, V turun əvvəlki oyunlarında “Turan Tovuz” səfərdə “Sabah”a 3:0, “Qəbələ” isə evdə “Zirə”yə 1:0 hesabı ilə qalib gəlib. Tura sentyabrın 3-də keçiriləcək “Kəpəz” – “Araz-Naxçıvan” və “Səbail” – “Qarabağ” matçları ilə yekun vurulacaq.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button