Ölkə

Balıq ovu ilə məşğul olmaq istəyənlərə XƏBƏRDARLIQ

Bu gündən balıqların kürüləmə dövrü ilə əlaqədar 1 may tarixindən sənaye balıq ovuna tətbiq edilən qadağa ləğv edilir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Su Nəqliyyatı Polis İdarəsinin rəis müavini, polis palkovniki Araz Yusifli bildirir ki, bu gündən sənaye balıq ovu ilə məşğul olmaq istəyənlər müvafiq icazə sənədi əldə etməlidirlər.

“Həmçinin, Su Nəqliyyatında Polis İdarəsindən ov həvəskarlarına xəbərdarlıq edilib.”

Belə ki, qanunvericiliklə qadağan olunmuş ov alətlərindən istifadə edənlər qurum tərəfindən cinayət məsuliyyətinə cəlb ediləcək.

Araz Yusifli deyir ki, ovlanmış balıq və digər su bioresurları haqqında məlumatları əks etdirən vətəgə jurnalında gündəlik balıq ovu barədə qeydiyyat aparılmalıdır. Su Nəqliyyatı Polis İdarəsi tərəfindən Xəzər dənizi və daxili su hövzələrində gecə-gündüz reydlər həyata keçirilir.

Qaydaların pozulması və qanunsuz balıq tutulması halları aşkarlandıqda müvafiq cərimələr tətbiq olunur. Təbiətə vurulmuş ziyan 1000 manatdan artıq olarsa, təqsirkar şəxslər cinayət məsuliyyəti daşıyırlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button