Ölkə

Röya Ayxanın keçmiş qaynanası konsertində…

Xalq artisti Röya Ayxanın “Biri var” adlı solo konsertinin ikinci günü baş tutub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, estrada ulduzu Bakı Konqres Mərkəzində sevənləri ilə yenidən bir araya gəlib.

Pop ulduz gecəni “14/41” albomuna daxil olan “Biri var” mahnısı ilə açıq elan edib. Konsertin açılışında daha bir yenilik olub.

Belə ki, Röya Ayxan səhnəyə tamaşaçıların daxil olduğu əsas girişdən gəlib. Onun start şousunu səkkiz mühafizəçi müşayiət edib. Müğənni onlarla birgə xüsusi səhnə vasitəsi ilə aşağı enib və “Nero” rəqs qrupu ilə tamaşaçıları salamlayıb.

Daha sonra sənətçi ard-arda 22 mahnı səsləndirib. Gecədə Azərbaycanda ilk dəfə olaraq “Kuka” robotundan istifadə olunub. Konsertdə demək olar ki, bütün mahnılar səhnəciklə təqdim edilib.

Səhnədə üç paltar dəyişən ifaçı makiyajını Elnur Həsənova, saçlarını Aygün Məmmədova həvalə edib.

Həmçinin, Röya Ayxan teatrlara marağı artırmaq üçün yeni layihəyə başlayacağına, iki il konsertlərə fasilə verəcəyini bildirib.

Gecədə xalq artistinin atası Yaqub Nəcəfov və keçmiş qaynanası da yer alıb. Həddindən artıq həyəcanlı olduğunu dilə gətirən Röya Ayxan ilk gün baş verən texniki qüsurların aradan qaldırıldığını bildirib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button