Siyasət

Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təxribatlarını cavabsız qoymayacaq

Ermənistanın növbəti təxribatı nəticəsində ötən günlərdə hərbçilərimiz yaralanıb. Ermənistan mediası və teleqram kanallarında ermənilərin mövqelərimizə açdığı taktiki atəş və pilotsuz uçuş aparatlarından endirilən zərbələri əks etdirən videogörüntülər yayımlanıb. Əslində bu, PUA kvadrokopterlərə bağlanmış mərmilərin havaya buraxılmasıdır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında hərbi ekspert, polkovnik-leytenant Elxan Şıxəliyev deyib.

Onun sözlərinə görə, ermənilər bu silahdan videorejimdə, sırf kəşfiyyat məlumatlarının toplanması məqsədilə istifadə edirlər. Hava vasitəsilə iki yerdən kvadrokopterdən buraxılmış partladıcı mərminin mövqelərimizə düşməsi nəticəsində hərbçilərimiz xəsarət alıb. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri bu cəsarəti haradan alır ki, bizim şərti sərhəddəki mövqelərimizin Kəlbəcər istiqamətindən, partlayıcı mərmilərlə zərbə endirməyi düşünə bilirlər?

Elxan Şıxəliyev bildirib ki, ümumiyyətlə, atıcı silahlarla hücum atəşkəsin pozulması deməkdir. Azərbaycan Silahlı Qüvvələri də bu təxribata adekvat cavab verib: “Biz hər zaman deyirik ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təxribatlarını cavabsız qoymayacaq. Əslində biz, “Qisas-1″ ,”Qisas-2″ əməliyyatlarında da eyni addımları atmışdıq. Burada Ermənistana verilən mesaj ondan ibarətdir ki, Azərbaycan düşmənlə artıq güc dilində danışacaq. Ermənistan taktiki səviyyədə belə addımlar atanda, hər hansı lokal hərbi əməliyyatlar aparanda alacağı cavaba da hazır olmalı idi. Bu təxribat qarşı tərəf üçün 3 itki və 1 yaralı ilə nəticələndi. Taktiki səviyyədə niyə Kəlbəcər istiqamətində təxribat törədildi? Ermənilərin bu addımının səbəbi var. Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutub. Çünki Zodda onların mədən yataqları var və strateji yüksəkliklərdən mövqelərimizi geri otuzdurmaq istəyirlər. Düşmənin məqsədi Zod yataqlarının istismara buraxılması ilə üstünlük əldə etmək idi”.

Hərbi ekspert qeyd edib ki, digər tərəfdən strateji səviyyədə sərhəddə atəşkəsin pozulmasının səbəbi Ermənistandakı mövcud gərginlikdir. Hələ 44 günlük müharibə dövründə övladını itirmiş ailələr, hərbçilər, keçmiş müharibə veteranları sosial problemlər ucbatından Ermənistan müdafiə nazirliyinin qarşısında çox böyük etiraz aksiyası keçiriblər. İndi bu dalğanı, daxildəki narazılığı, xüsusən də separatçı rejimin öz normativləri vasitəsilə son məqsədlərinə nail ola bilməməsini Ermənistanın avtomobil və Fransanın nəqliyyat karvanı şoularının fiaskoya uğraması davam etdirir. Ermənistan cəmiyyətində separatçı rejiminə qarşı böyük əks effekt, mənfi enerji yaranıb. Erməni milləti hakimiyyəti sorğulayır. Nikol Paşinyan hökumətinə qarşı etiraz aksiyaları təşkil olunur. Ermənistan hakimiyyəti isə sərhəddə Azərbaycanla müharibə ehtimalını bəhanə edib cəmiyyətin mənfi enerjisini sərhədə yönəltmək istəyir. Lakin ordumuz şərti sərhəddə baş verə biləcək təxribatlara hər zaman hazırdır. Ona görə işimizi ehtiyatlı tuturuq. Sülh sazişi yoxdursa, qarşı tərəf siyasi masada razılığa gəlmirsə, silahlar danışmalıdır. Ona görə də bir an öncə Ermənistana sülh sazişi imzalanması və belə təxribatların sona çatması üçün mesajlar verilməlidir.

“Qarşı tərəfin təxribatları, əslində mövqelərimizə hücum kimi dəyərləndirilməlidir. Bu ordumuzun planlaşdırdığı və həyata keçirdiyi əməliyyat olsaydı, onun nəticələri ermənilərin verdiyi itkilərə bərabər olmayacaqdı. Lakin müdafiə olunan, xüsusən də birinci eşelon bölmələrimizin mövqelərinə düşmənin belə hücumlardan sığortalanmamışıq. Ön xətdə ermənilər bəzən çox yaxın məsafədən atəşkəsi pozur və yaxud PUA-larla zərbə endirirlər. Odur ki, biz yalnız bütün şərti sərhəd boyunca xüsusi əməliyyat keçirib, orada bufer zonası yaratmaqla hərbçilərimizi təhdidlərdən qoruya bilərik.

Digər tərəfdən Qarabağ ərazisində Azərbaycan Silahlı Qüvvələrinin əməliyyatlar keçirməsi yaxın günlərdə mümkündür. Separatçı rejimin rəhbərliyi, həmçinin qeyri-qanuni birləşmələr də bilməlidir ki, nə qədər şərti sərhəddə atəşkəsi pozacaq və mövqlərimizə qarşı təxribat törədəcəklərsə, bu, bir o qədər Qarabağdakı qanunsuz silahlı dəstələrin ziyanına işləyəcək. Ona görə də qarşı tərəf bütün variantlara hazır olmalıdır”, – deyə polkovnik-leytenant bildirib.


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button