Ölkə

Mövcud vaksinlər koronavirusun yeni variantından qorumur

Bu ilin fevral ayında koronavirusun yüksək yoluxuculuğu olan EG.5 variantı (“Eris”) qeydə alınıb. Bu, omikron ştammının yeni versiyasıdır. Artıq 51 ölkədə yayılmış EG.5 yoluxuculuq indeksinin sələflərindən bir qədər yüksək olması ilə fərqlənir. Yaranmış vəziyyətlə əlaqədar artıq ABŞ Prezidentinin Administrasiyası amerikalıları COVID-19-a qarşı peyvənd olmağa çağırıb. Hətta Kaliforniya, Nyu-York və Corciya ştatları məcburi maska rejimi tətbiq etməyə başlayır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bəs mövcud vaksinlər virusun yeni versiyasından qorunmağa kömək edə bilərmi?

Milli.Az bildirir ki, məsələ ilə bağlı Trend-in suallarını cavablayan infeksionist-hepatoloq Mərdan Əliyev qeyd edib ki, omikron ştammının yeni versiyası olan EG.5 növü digər variantlara nisbətən daha sürətlə yoluxur.

“Bu variantın həm yüksək yoluxuculuğa malik olması, həm də havaların soyuması COVID-19-un sürətlə artımına şərait yaradır. Yeni variant olmasaydı, koronavirusa yoluxma yenə də artacaqdı, lakin bu yeni növün olması yoluxmanı sürətləndirir.

Hazırda vaksinlərin buna qarşı qoruyuculuğu var. Lakin mövcud vaksinlər koronavirusun yeni variantını əhatə eləmir. Bunun üçün vaksində müəyyən dəyişiklik olmalıdır. Həmin dəyişiklikdən sonra yeni ştamma qarşı 100 faiz qoruyuculuğu olacaq. Artıq sentyabr ayında hazır olacağı bildirilir. Avropa, Amerika ölkələrində istifadə edilməyə başlayacaq”, – deyə M.Əliyev bildirib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button