Siyasət

Zəfər Günündə danışdı: kaş danışmayaydı…

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bakıda Türkiyənin Zəfər Bayramı münasibətilə təntənəli tədbir keçirilib. Türkiyənin ölkəmizdəki səfirliyinə hərbçilər, deputatlar, siyasətçilər, yazarlar, ictimai xadimlər, alimlər və s. toplaşmışdı.

Hərbçilər Azərbaycanla qardaş Türkiyə arasında hərbi-texniki əməkdaşlıqdan, siyasətçilər ölkələrimizin “bir millət, iki dövlət” prinsipi ilə əlaqələri qurub inkişaf etdirməsindən, yazarlar xalqlarımızın və dövlətlərimizin qardaşlıq bağlarından, ictimai xadimlər ölkələrarası münasibətlərin inkişaf perspektivlərindən danışdılar.

Qəlblər Qazi Mustafa Kamal Paşanın zəfərinin səsi ilə vururdu tədbirdə.

Həmin tədbirə qatılanlar arasında Milli Məclisin deputatı Arzu Nağıyev də vardı.

O, Zəfər Bayramı ilə bağlı açıqlamasında deyib: “101 il buncan öncə Türkiyənin hərbi qüvvələrinin yaranmasıdvr və bu gün də Türkiyə və Azərbaycan münasibətləri ilə bağlı… eyni zamanda bu bayram günü ilə məhz… səfirlikdə keçirilən bu tədbirdə biz də iştirak etdik”.

Bu məntiqi bağı olmayan, didaktik əlaqədən kənar söz yığını ilə deputat nə demək istəyib – bəlli deyil.

Türkiyənin Silahlı Qüvvələrinin, yəni ordusunun 101 yaşı yoxdur. Türk ordusunun yaşı eramızdan əvvəl 209-cu ildən başlayır. Müasir Türkiyə Silahlı Qüvvələrinin təşəkkül günüsə 1920-ci ilin mayın 3-dür.

Zəfər Bayramında qardaş ölkənin ordusundan, siyasətindən, Türkiyə-Azərbaycan qardaşlığından və müttəfiqliyindən bəhs etmək əvəzinə deputat Nağıyev “biz də iştirak etdik” deyərək sanki əyalət diyarşünaslıq müzeyinə aparılan və orada fikri soruşulan məktəbli kimi bol təəssüratlarını izhar etməkdə aciz qalan söz lüğətini nümayiş etdirir.

Arzu Nağıyev ilk dəfə deyil belə “fundamental” açıqlamaları ilə gündəmə gəlir. O, əvvəllər də şərhləri və bəyanatları, suallara cavabları və müsahibələri ilə sosial şəbəkələrdə ironiya, habelə tənqid obyektinə çevrilmişdi.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button