Ölkə

Külək və Leysan bölgələrdə ciddi fəsadlar törətdi

Güclü külək Şəkidə fəsadlar törədib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, şəhərdə yeni yaşayış massivi adlanan ərazidə sakinlərə daha çox zərər dəyib. 6 evin dam örtüyü dağılıb, bəzi yerlərdə elektrik dirəkləri aşıb.

Aidiyyəti qurumların nümayəndələri əraziyə ezam edilib, dəymiş ziyanın miqyası hesablanır.

Oğuzda isə leysan fəsadlara yol açıb. Xalxal və Qara Su çaylarında suyun səviyyəsi qalxıb. Qara çayın məcrasından çıxması səbəbindən kənd daxili yolları yararsız hala düşüb. Bir-neçə elektrik dirəyi aşıb, məktəbə gedən yolun üstündəki körpünün bir hissəsini sel suları yuyub. Bir ailənin həyətyanı sahəsinə sel suları dolub.

Fəsadların aradan qaldırılması istiqamətində iş aparılır. Dəymiş ziyanın miqyası hesablanır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button