Ölkə

Conni ilə Cennadan haqlarında çıxan eşq iddialarına cavab

Hollivud ulduzu Conni Depplə aktrisa Cenna Orteqanın sevgili olduğu iddia edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki,  cütlüyün birlikdə görüntülənməsi şayiələrin artmasına səbəb olub.

İddiaların ardından Cenna məsələ ilə bağlı sosial media hesabında paylaşım edərək, xəbərləri yalan adlandırıb:

“Bu o qədər gülüncdür ki, əslində heç gülməli də deyil. Həyatımda heç vaxt Conni Depplə görüşməmişəm və onunla işləməmişəm. Xahiş edirəm, yalan yaymağı dayandırın və bizi rahat buraxın”.

Conni Deppin nümayəndələrinin açıqlamasında isə bu sözlər yer alıb:

“Cənab Deppin xanım Orteqanı ilə heç bir şəxsi və ya peşəkar münasibəti yoxdur. O, onunla heç vaxt görüşüb danışmayıb. Onlar birlikdə heç bir layihədə iştirak etmirlər və bununla bağlı plan da yoxdur. Conni reputasiyasına və karyerasına xələl gətirmək məqsədi daşıyan bu əsassız və zərərli şayiələrə sadəcə təəccüblənib”.

Qeyd edək ki, Cennanın 20, Conninin isə 60 yaşı var.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button