Ölkə

Ad günündə dünya turundan 461 milyon QAZANDI

Bu gün doğum gününü qeyd edən dünya şöhrətli amerikalı pop ulduz Beyonse daha bir rekorda imza atıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, 42 yaşına qədəm qoyan sənətçi ad gününü çıxdığı “Renessans” adlı dünya turunda keçirib.

Beyonse adını tarixdə dünya turu çərçivəsində ən çox gəlir gətirən qadın sənətçi siyahısına yazdırıb.

Müğənni indiyə kimi dünya turu konsertlərindən nə az nə çox düz 461 milyon dollardan (təxminən 784 milyon manat) çox gəlir əldə edib. Amma bu son məbləğ deyil, çünki Beyonsenin konsertləri oktyabrın əvvəlinə qədər davam edəcək.

Qeyd edək ki, daha əvvəl ən çox məbləği, təxminən 411 milyon dollar (təxminən 699 mln. manat) Madonna 2008-ci ildə “Sticky & Sweet” turu ilə toplamışdı.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button