Ölkə

Evdə hazırlanmış salata görə kütləvi zəhərlənmə

Rusiya Federasiyasının Dağıstan Respublikasında kütləvi zəhərlənmə  qeydə alınıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Rospotrebnadzorun mətbuat xidmətindən jurnalistlərə bildirilib. 

“Avqustun 31-də Şamil rayonunun Kəhib kəndində mövluddan sonra ziyarətçilərin qidadan zəhərlənməsi baş verib. İkisi uşaq olmaqla 16 nəfər xəstələnib. Zərərçəkənlər qusma və ishal kliniki təzahürləri ilə xəstəxanaya yerləşdirilib”, – məlumatda deyilir.

Ehtimallara görə, infeksiyaya səbəb çiy yumurta ilə evdə hazırlanmış Olivye salatı olub. “Salat səhərdən axşama kimi otaq temperaturunda saxlanılıb. Laborator müayinələr zamanı salmonellyoz S. enteritidis xəstəliyinin törədicisi aşkar olunub”, – mətbuat xidmətindən əlavə ediblər.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button