Safuradan ailəsi ilə birlikdə DİQQƏTÇƏKƏN PAYLAŞIM
Azərbaycanı 2010-cu ildə “Drip-drop” mahnısı ilə “Avroviziya” bəynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Safura Əlizadə qızı Ayşə ilə bağlı diqqət çəkən paylaşım edib.
Milli.Az bizim media-ya istinadla xəbər verir ki, sənətçi həyat yoldaşı iş adamı Fərhad Əliyevlə birgə qızlarını yaşadıqları İstanbul şəhərində birinci sinifə yola salıblar.
Birinci sinifə qədəm qoyan şagirdlər üçün orta təhsil ocağında təşkil olunan tədbirdə qızları Ayşə ilə yanaşı cütlüyün böyük oğlu İsgəndər də iştirak edib. Safura həyat yoldaşı və uşaqları ilə birgə çəkdirdiyi fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Müğənni paylaşımına “Ayşə birinci sinifə başladı” qısa şərhini yazıb.
Qeyd edək ki, Safura və Fərhad cütlüyünün Ayşə ilə yanaşı, İsgəndər və Natiq adlı iki oğlan övladı da var. Müğənninin əri mərhum və sabiq Sənaye və Energetika naziri Natiq Əliyevin oğludur.
Milli.Az