Ölkə

Bakının bu ünvanında söküntü başlayır

Bakının Yasamal rayonu ərazisində daha bir ünvanda fərdi evlər söküləcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, baku.ws-in əldə etdiyi məlumata görə, söhbət “Təzəpir” məscidi ətrafında yerləşən fərdi evlərdən gedir.

Artıq adı çəkilən ərazidə yaşayan sakinlərin qeydiyyatı aparılıb və evlərin ölçüləri götürülüb. Dövlət tərəfindən maliyyə ayrılan kimi həmin sakinlərin köçürülməsi prosesinə başlanılacaq.

Məlumata görə, söküntü Bəşir Səfəroğlu küçəsindən Azadlıq propektindəki 5 mərtəbəli binaya qədər olan hissəni əhatə edəcək. Söküntü işlərinə başlamazdan əvvəl sakinlərə hər kavdratmetrə görə 1500+500 AZN kompensasiya veriləcək. Əlavə verilən 500 AZN maddi yardım kimi hesablanacaq.

Ərazidə yaşayan və evinin kvadratı az olan sakinlər üçün müəyyən güzəştlər olacaq və bu istiqamətdə təkliflər hazırlanacaq.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button