Ölkə

Keçmiş məhkum “Kalaşnikov”la tutuldu – FOTO

Füzulidə keçmiş məhkumdan “Kalaşnikov” avtomatı aşkar olunaraq götürülüb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd edilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Natiq Zülfüqarov Horadiz şəhəri ərazisində saxlanılıb.

Onun əlindəki çantaya keçirilən baxış zamanı 1 ədəd “AK-74” markalı avtomat, 30 ədəd patron və 2 ədəd silindr formalı partlayıcı fişəng aşkar edilərək götürülüb. Həmin şəxs dindirilmə zamanı silah-sursatı bir müddət əvvəl tapdığını və rayon ərazisində basdıraraq gizlətdiyini bildirib.

O, daha sonra silah-sursatı gizlətdiyi yerdən götürərək yaşadığı Salyan rayonuna aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Füzuli RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button