Siyasət
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin strukturunda dəyişikliklər təsdiqləndi
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin strukturu”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmanda deyilir:
“Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1374) ilə təsdiq edilmiş Əlavə 2 – “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin strukturu”nda dəyişikliklər təsdiq edilsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin”.
Milli.Az