Mədəniyyət

“Salam” Beynəlxalq Yeniyetmə Film Festivalının İkinci buraxılışı ərzində iştirakçılar 20 qısametrajlı film çəkdilər

Salam Beynəlxalq Yeniyetmə Film Festivalının ikinci buraxılışının sonuncu günündə yeniyetmələr Kinomarafon zamanı çəkdikləri qısa filmləri böyük ekranda izlədilər. “Kinomarafon” seminarı Azərbaycan Kinomarafonu layihəsinin prinsiplərinə uyğun olaraq keçirilir. Azərbaycan Kinomarafonu (CineMarathon/Azerbaijan) öz fəaliyyətini 2012-ci ilin sentyabr ayında, 2004-cü ildə ABŞ-da yaranmış və sonradan bir çox ölkədə geniş populyarlıq qazanan beynəlxalq Cinemasports (cinemasports.com) layihəsi çərçivəsində başlayıb. “Cinemasports”un əsas ideyası ondan ibarətdir ki, iştirakçılar bir komanda şəklində yaxud ayrı-ayrılıqda, verilmiş mövzuda yaxud müəyyən elementlərin (bu tərkib hissələri tədbir günü élan olunur) iştirakı ilə, qısa müddət (10 ya da 24,48 saat) ərzində, əl altında olan istənilən vasitədən istifadə edərək qısametrajlı film hazırlasınlar. Belə tədbir Kinomarafon adlanır. Salam BYFF – nın Kinomarafonu zamanı çəkilmiş filmlərin nümayişi müəlliflərin təqdimi, hazır işlərin müzakirəsi, kinomarafon mentorlarının və festival qonaqlarının rəyləri ilə müşayiət olunur.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Qeyd edək ki, Kinomarafonun əsas məqsədi – hazır işlərin qiymətləndirilməsi deyil,

iştirakçılara ekstremal məhdud zaman hüdudları şəraitində yaradıcı prosesi hiss etmək, özünü ifadə etmək imkanı yaratmaqdır. Burada isə ilk öncə peşəkar hazırlıq yox, istedad, fərasət, kreativlik və intuisiya rol oynayır. Salam festivalın ikinci buraxılışı Kinomarafonunun mentorları: Azerbaycan Kinomarafonunun yaradıcıları olan Qurban Bünyatov və Eldar İsmayılov, eləcə də, “dOM” teatrının təsisçisi Tərlan Rəsulov, rejissor Orxan Ağazadə və sənətşunas, “Asmart” Creative Hub-ın təsisçisi Əsmər Abdullayevanın rəylərinə görə, bu ilki Kinomarafon çox uğurlu keçmiş, festivalın iştirakçıları tərəfindən çəkilən filmlər həddən artıq maraqlı alınmışdır. 350-yə yaxın yeniyetmə qruplara bölünərək 4 gün ərzində 20 qısametrajlı film ərsəyə gətirmişlər. 31 avqustda bu filmlərin böyük ekranda nümayişi zalda böyük canlanmaya səbəb olmuş, dərin təəssüratlar buraxmışdır.

“Narimanfilm” kinostudiyası “Salam” Beynəlxalq Yeniyetmə Film Festivalını Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, həmçinin “PAŞA Holdinq”in baş sponsorluğu ilə keçirir.

Kinostudiya tərəfindən 2-5 sentyabr 2019-cu il tarixlərində keçirilən birinci “Salam” Beynəlxalq Yeniyetmə Film Festivalı çox böyük müvəffəqiyyətlə baş tutmuşdu. Müxtəlif ölkələrin filmlərinin nümayişi, rejissor və aktyorlarla görüşlərin keçirilməsi, filmlərin müzakirə olunması, eləcə də, Festival ərzində yeniyetmələr tərəfindən çəkilmiş qısa video çarxların ekranda nümayiş etdirilməsi  qonaqlarda və iştirakçılarda xoş təəssürat yaratmış, tədbirdə iştirak edən 300-ə yaxın yeniyetmənin hər biri həmin dörd günü məmnunluq hissi ilə keçirmişdi. Bir sözlə, 11 ölkənin (Almaniya, İtaliya, Makedoniya, Gürcüstan, Rusiya, Ukrayna, Türkiyə, Xorvatiya, Hindistan, Pakistan və Azərbaycan) nümayəndələrini öz sıralarında birləşdirən Festival cəmiyyətimizin mədəni həyatında özünəməxsus yer tutmağa nail olmuş,  həm Azərbaycanda, həm də digər ölkələrdə müsbət əks-səda doğurmuşdu. Bunun nəticəsi olaraq, ikinci “Salam” BYFF-da iştirak üçün “Narimanfilm”-ə həm Bakı və regionların məktəblərindən, həm də xarici ölkələrdən müraciətlər gəlməyə başlamışdı.

Qeyd etmək istəyirik ki, “Salam” BYFF – nın əsas məqsədi Azərbaycan və digər ölkələrin yeniyetmələri arasında dostluq əlaqələrinin yaradılması, Vətənimizin mədəniyyətinin təbliği, gəncliyimizin ümumdünya mənəvi dəyərlərinə uyğun tərbiyə olunması, həmçinin, festivalda  keyfiyyətli, professional bədii filmlərin nümayişi sayəsində yeniyetmələrdə yüksək bədii zövqün inkişaf etdirilməsinə zəmin yaradılmasıdır.

İnformasiya dəstəyi –  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button